ABŞ generalı axtarışda olan terrorçu ilə görüşdü

Baxış sayı:
14167

 ABŞ Mərkəz Qüvvələrinin (CENTCOM) komandanı Cozef Votel Suriyada Türkiyə tərəfindən axtarılşda olan və ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiya tərəfindən SDG-nin komandiri olaraq adlandırılan PKK-lı terrorçu Məzlum Kobani kod adlı Şahin Cilo ilə Suriyada ABŞ-a aid hava bazasında görüşüb.
 
Ordu generalı Votel deyib: “Bizdən Suriyadan çəkilməməyimizi istəyirlər və bunu anlayırıq. Ancaq bu hazırda getdiyimiz bir yol deyil. Mübahisə ABŞ əsgərlərinin burada qalıb-qalmaması üzərində deyil. Koalisiya qüvvələrinin nə edə biləcəyi potensialına baxdıq”.
 
TERÖRÇU: ABŞ BİZDƏN DƏSTƏK İSTƏDİ
 
Amerikan mediasına danışan PKK-lı Cilo ABŞ-dan hava dəstəyi və meydançada dəstək qüvvəsi istədiyini deyib.
Cilo ilə görüşündən sonra Votel də mətbuata açıqlama verib.
Votel ABŞ prezidenti Donald Trampın dekabr ayında verdiyi çəkilmə tapşırığını həyata keçirdiklərini ifadə edib.
 
ABŞ SURİYADAN ÇƏKİLSƏ DƏ..
 
Votel ABŞ prezidenti Donald Trampın Suriyadan tamamilə çəkilmə əmrini tətbiq etməyə davam etdiklərini açıqlayıb.
Ancaq Votel beynəlxalq hərbi gücün də bölgədə qalaraq İŞİD-la mübarizəyə töhfə verməsinin lazım olduğunu söyləyib.
Votel "Prezidentin bizdən tələbini anlayırıq, ancaq indiki məqamda bütün qüvvələrimizi çəkmə nöqtəsində deyilik" deyib.
ABŞ-lı komandan əlavə edib: "Hazırkı mübahisə ABŞ-ın regionda qalıb qalmaması deyil, koalisiya qüvvələrinin regionda nə edib etməyəcəyinə baxırıq".
Votel 1000, yaxud 1500 beynəlxalq koalisiya gücünün Suriyada İŞİD-la mübarizə üçün qalmasına ümid etdiklərini deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabr ayında ABŞ əsgərlərini Suriyadan çəkmə qərarı almışdı. Çəkilməyi asanlaşdırmaq üçün ABŞ Müdafiə Nazirliyi Suriyaya 600 əsgər daha göndərmişdi.

Müxalifət.az