ABŞ DONANMASI ARALIQ DƏNİZİNDƏ - GƏGİNLİK ARTIR

Baxış sayı:
3073

ABŞ donanması “USS Harry Truman” (“Herri Truman” ABŞ-ın 33-cü prezidentinin adını daşıyır) təyyarə gəmisi və onu müşayiət edən gəmilərlə birlikdə Aralıq dənizində 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə əməliyyata başladığını açıqlayıb.

Əməliyyatın “NATO müttəfiqlərinə, Avropa və Afrikanın tərəfdaş ölkələrinə, koalisiya ortaqlarına dəstək və ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizlik mənfəətlərini qorumaq üçün” həyata keçirildiyi bildirilib.

6-cı donanmanın komandiri vitse-admiral Liza Françettidir. Liza Françetti aviadaşıyıcının dənizə qayıdışından sevinclə danışaraq bildirib ki, “dəniz əməliyyatlarının bütün spektrində” əməkdaşlığın davam etməsini səbrsizliklə gözləyir(Hurriyyet.org).