ABŞ-dan Türkiyəyə MÜHÜM ZƏNG - SON 15 GÜNDƏ 4 TELEFON DANIŞIĞI

Baxış sayı:
3721

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ilə telefonla danışıb. Telefonla danışmaq təşəbbüsünü ABŞ irəli sürüb.

Həmkarlar 51-ci Cənub-Şərqi Asiya Ölkələri Birliyi (ASEAN) xarici işlər nazirlərinin iclası çərçivəsində planlaşdırılan üzbəüz görüşdən əvvəl telefonla danışıblar.

Dilomatik mənbələrdən əldə edilən məlumata görə, telefon danışığı Amerikanın tələbi ilə baş tutub.

Çavuşoğlu və Pompeo, bundan əvvəl 18, 26 və 28 iyul tarixlərində telefonla danışıblar.

Son 15 gündə 4 dəfə telefonla danışan Çavuşoğlu ilə Pompeonun, ASEAN xarici işlər nazirlərinin iclası çərçivəsində ikitərəfli görüş keçirmələri planlaşdırılır(hurriyyet.org).