ABŞ-dan İrana qarşı yeni SANKSİYA

Baxış sayı:
6988

ABŞ və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Terrorizmin Maliyyəsinin Aşkarlanması Mərkəzi İranla əlaqəli 21 qurumu və 4 nəfəri sanksiya siyahısına əlavə edib.

Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, həmin qurum və şəxslərin SEPAH-ı və Livandakı Hizbullah təşkilatını dəstəklədikləri bildirilib.

Siyahıya daxil edilənlərin maliyyə vəsaitlərinə həbs qoyulacaq və hər hansı əməliyyatın aparılmasına qadağa qoyulacaq.