ABŞ-dan İrana qarşı psixoloji müharibə - Cavab gecikmədi

Baxış sayı:
4939

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi, ABŞ-ın dövlət katibi Mayk Pompeonun İran iqtisadiyyatı və terrorizmlə mübarizəyə dair açıqlamalarının "avam və yanlış" olduğunu deyib.
 
Kasımi, nazirliyin rəsmi saytında dərc olunan açıqlamasında, ABŞ-ın İrana qarşı psixoloji müharibə aparmaq istədiyini irəli sürüb.
Pompeonun İran iqtisadiyyatı ilə bağlı sözlərinin "avam, yalan və çirkin" olduğunu deyən Kasımi, ABŞ-ın bölgədəki İran əleyhinə planlarının yeni olmadığını qeyd edib.
Kasımi, İran iqtisadiyyatının terrorizmlə mübarizə və digər proseslərə baxmayaraq, 8 faiz artdığını önə sürərək bu ifadələrə yer verib:
ABŞ orqanları, İrana qarşı tətbiq olunan sanksiyalara dünyadan gələn təpkilərin üstünü örtmək üçün psixoloji müharibə aparır. ABŞ, bu strateji səhvləri arxada qoyduğumuz 40 il boyunca etdi və həmişə uğursuz oldu".
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo, sanksiyalarla İran iqtisadiyyatını zəiflətdiyini və Tehran rəhbərliyinin regionda əvvəlki kimi fəal olmadığını deyib.
 
Müxalifət.az