ABŞ-dan İrana daha bir ZƏRBƏ - Həşdi Şabi komandirləri öldürüldü

Baxış sayı:
2689

İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi Həşdi Şabi təşkilatının komandirlərini daşıyan hərbi konvoya hava hücumu təşkil edilib.
Bəzi yerli mətbuat orqanları tərəfindən verilən xəbərlərə görə hücum ABŞ tərəfindən təşkil edilib və Həşdi Şabi təşkilatına bağlı olan Xətaib İmam Əli Birliyinin komandirləri vurulan komvoyda olub.
Hadisəylə bağlı "Reuters"-in verdiyi məlumata görə komvoyda olan 6 nəfər həyatını itirib.
Xatırladaq ki, ötən gün İran İnqilab Keşikçiləri Korpusuna bağlı olan Qüds Gücü Komandanı Qasım Süleymani və Həşdi Şabi Komandanının muavini Əbu Məhdi əl Mühəndisi, yenə Bağdadda ABŞ tərəfindən həyata keçirilən hava hücumu nəticəsində öldürülmüşdü.
Muxalifet.az