ABŞ-dan İdlib açıqlaması: Türkiyə S-400-lərdən imtina etsin
28-02-2020 09:44
Baxış sayı:
2731
ABŞ ümid edir ki, Türkiyə S-400-lərdən imtina edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Key Beyli Hatçison İdlibdə türk əsgərlərinin şəhid edilməsini şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ Türkiyəyə bununla bağlı vəziyyəti dəfələrlə izah etməyə çalışıb:
“Ümid edirəm ki, Prezident Ərdoğan bizim onların keçmiş və gələcək müttəfiqimiz olduğunu görəcək. Onlar gərək S-400-lərdən imtina etsinlər”.
Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub.
Türk ordusu havadan və qurudan Əsəd ordusunun bütün bəlli hədəflərinə zərbələr endirir.