ABŞ-da seçki həyəcanı artır - Hindu Trampa rəqib oldu

Baxış sayı:
13624

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampa rəqib olacaq şəxslərdən daha iki nəfərin adı bəlli olub. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, prezidentliyə namizədlərdən biri ABŞ-ın sabiq şəhərsalma naziri Culian Kastro, digəri isə İraq müharibəsinin iştirakçısı, Təmsilçilər Məclisinin üzvü Tulsi Qabbarddır. ​Meksikalı qaçqınının nəvəsi olan 44 yaşlı Kastronun seçiklərdə tək latın namizəd olacağı gözlənilir. Tulsi Qabbard isə 2012-ci ildə Təmsilçilər Məclisinə seçilən ilk hindu üzvdür. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Demokratlar Partiyasının üzvü Elizabet Uorren də prezidentliyə namizəd olduğunu elan etmişdi.