4 uşaq anasının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI

Baxış sayı:
4012

Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

G.Quliyevanın dayısı Publika.az-a bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.

Onun sözlərinə görə, ailə əvvəlcədən də problemli olub: "Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik".

Qeyd edək ki, G. Quliyev 4 uşaq anasıdır. Onun ən kiçik övladı 6 ay əvvəl dünyaya gəlib.