“13 illik ərimi əlimdən aldı” - Aysel Əlizadəyə şok ittiham / VİDEO

Baxış sayı:
880

Aparıcı Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadə ilə bağlı ilginc ittiham səsləndirilib.

Teleqraf.com xəbər verir ki, proqrama çıxan Turanə adlı qadın Aysel Əlizadənin 13 illik ərini əlindən aldığını iddia edib.

Qadının sözlərinə görə, gənc müğənni dəfələrlə həyat yoldaşı ilə birgə onun evinə gəlib. Hətta əri Ayselə “Porsche” markalı avtomobil də hədiyyə edib.

İttihamlarla bağlı müğənni heç bir açıqlama verməyib.