​Zukerbergin zibilləri ilə elə bir qazanc əldə edir ki...

Baxış sayı:
6907

Ceyk Orta adlı adam “Facebook”un qurucusu milyarder Mark Zukerbergin zibilliyində tapdığı dəyərli əşyaları sataraq zibil yığma işini ciddi bir gəlir yeri halına gətirib.
 
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Zukerbergin 10 milyon dollarlıq malikanəsindən 3 küçə məsafədə yaşayan Ceyk zibillikdə tapdığı “İpod”, cins şalvar, elektrik süpürgəsi kimi əşyaları sataraq bu məhsullar sayəsində gündə 40, həftədə 300 dollar qazanc əldə edir.
Amerikanın qabaqcıl qəzetlərindən olan “New York Times” köhnə bir əsgər olan Orta haqqında bir xəbər hazırlayaraq onun tam zamanlı “zibil toplayan” olduğunu yazıb.
 
1991-ci ildə 1-ci Körfəz Müharibəsində fəaliyyət göstərmiş müharibə qazisi Orta Zukerbergin evində tapdığı ən diqqət çəkici əşyaları belə sıralayıb: marka ayaqqabılar, köhnə mobil telefonlar, bir neçə “İpod” və qol saatları.