BƏY VƏ GƏLİN TOY GÜNÜ ÖZLƏRİNİ “YANDIRDILAR” / VİDEO, FOTO

Baxış sayı:
30847

İndiyədək şahidi olduğunuz və ya eşitdiyiniz bütün nikah mərasimlərini unudun. Çünki tezliklə həyatlarını çox fərqli şəkildə birləşdirən cütlüyün hekayəsini oxuyacaqsınız…

Bəzi bəy-gəlinlər toylarını dənizin və ya okeanın dərinliklərində edirlər. Bəziləri səmada bir-birlərinə "ölüm onları ayırana qədər" birlikdə qalacaqlarına söz verirlər. Ancaq bu cütlük bütün bunlardan daha qeyri-adi bir şeyə imza atdı. Onlar nikah mərasimində, sözün əsl mənasında, “özlərini yandırdılar”...

Gelin ve damat alevler içinde: Şoke eden evlilik töreni

Muxalifet.az xarici KİV-lərə istinadən xəbər verir ki, hər ikisi - 42 yaşlı Cessop və nişanlısı Mişel dünən ABŞ-da dostlarının iştirakı ilə açıq havada toy mərasimi təşkil ediblər. Əslində cütlüyün mərasim üçün belə bir məkan seçməsi əbəs deyildi. Çünki Cessop və Mişel mərasimdə əl-ələ gəzərək özlərini yandırıblar.

Hər ikisi alovlar içində qalsa da, onlarda təşviş əlaməti görünmür. Hətta paltarları odlu halda addımlayaraq, qonaqlara əl də yelləyirlər. Təbii ki, bu yürüşün sonunda onlar yerdə diz çökürlər və yanğını söndürmək üçün əvvəldən hazır olan şəxslər alovu söndürürlər.

Gelin ve damat alevler içinde: Şoke eden evlilik töreni

Gabe Jessop həmin an çəkilən görüntüləri “İnstagram” səhifəsində paylaşıb. Bəy Cessop bu videonu izləyicilərinə “Bu atəş ömür boyu ürəyimizdə yansın” mesajı ilə təqdim edib. Cütlüyün niyə belə maraqlı şəkildə evləndiyinə gəlincə, əslində, bunun onların peşəsi ilə çox əlaqəsi var. Belə ki, Cessop da, Mişel də kaskadyordur. Cütlük Yellowstone və Hereditar da daxil olmaqla, bir çox film və ya televiziya şousunda kaskadyor kimi çıxış ediblər. Peşələrinə hörmət olaraq, belə maraqlı bir şəkildə evlənməyi seçiblər.

Gelin ve damat alevler içinde: Şoke eden evlilik töreni

Xatırladaq ki, cütlüyün bu maraqlı toy videosunu sosial şəbəkədə 3 milyona yaxın insan izləyib.

Gelin ve damat alevler içinde: Şoke eden evlilik töreni