​Zekdən 7 kilo heroin götürüldü – FOTO

Baxış sayı:
8293

Sumqayıt Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun üzərində 2 qram heroin aşkar edilib.
Axtarış tədbirlərinin davamı olaraq Vidadi Səmədovun evinə baxış keçirilib, əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin, 4 kiloqram 20 qram marixuana tutulub.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.
İstintaq və əməliyyat tədbirləri davam etdirilir./Teleqraf/