“Yeni büdcə kəsiri rekordu köhnəni 3 dəfə üstələyib” - İQTİSADÇI

Baxış sayı:
1455

“2017-ci il büdcə hesabına dövlət borclarının ən yüksək məbləğdə qaytarıldığı il olub” “Maliyyə naziri dünənki müşavirədə 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı ilkin məlumatları açıqlayıb. Büdcənin gəlirləri təsdiq olunandan 319 milyon manat, xərcləri 353 milyon manat, defisiti 34 milyon az icra olunub”. Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib. “Büdcə kəsirinin məbləği 1.141 milyard manat olub” “Əsas diqqətçəkən rəqəm budur ki, 2017-ci il son 15 ildə ən yüksək büdcə defisitinin qeydə alındığı maliyyə ili olub. Büdcə kəsirinin məbləği 1.141 milyard manat olub”, - deyə iqtisadçı əlavə edib. R.Ağayev xatırladıb ki, bundan əvvəl büdcə kəsirinin ən yüksək məbləği 2010-cu ildə 363 milyon manat olmuşdu: “Sonra 2014-cü ildə 308 milyon manat olmuşdu. Yeni büdcə kəsiri rekordu köhnəni 3 dəfə üstələyib”. “Sərmayə xərcləri son 8 ildə ən aşağı həddədək ixtisar edilib” R.Ağayev onu da vurğulayıb ki, 2017-ci il büdcə hesabına dövlət borclarının ən yüksək məbləğdə qaytarıldığı il olub: “Xərclərin artımına bu amilin təsiri əhəmiyyətli olub. Əvəzində sərmayə xərcləri son 8 ildə ən aşağı həddədək ixtisar edilib”. Cavid, Muxalifet.az