​Yapon alim elə bir robot hazırladı ki...

Baxış sayı:
3838

Yapon alim Takayuki Todo insanla göz təması quraraq onun üz ifadəsini təkrarlayan “SEER” robotunu Vankuverdə (Kanada) keçirilən “SIGGRAPH” sərgisində təqdim edib.
Muxalifet.az xəbər verir ki, “SEER” real vaxt rejimində insanların üz cizgilərini tanıyan və izləyən kamera vasitəsilə işləyir. O, imitasiya rejimində insanın qaşlarının və göz qapaqlarının hərəkətlərini, həmçinin başının vəziyyətini təkrarlayır. Bu, hələ ki, yalnız incəsənət layihəsidir, lakin alimin əsaslandığı texnologiya böyük potensiala malikdir.