Xəzər Əliyev Beyrutda qəzada ölüb - YARDIMA EHTİYAC VAR - FOTO

Beyrutda avtomobil qəzasında dünyasını dəyişən idmançımızın 3 gündür ki, meyiti orada qalıb.
 
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı idmançının dostları yayıb.
Onların sözlərinə görə, MMA növü ilə məşğul olan idmançımız Xəzər Əliyev Livanın Beyrut şəhərində ağır qəzaya düşüb və dünyasını dəyişib. Hazırda Beyrut şəhər morqunda saxlanılan nəşin ölkəyə gətirilməsi isə problemə çevrilib.
İdmançının dostları bildirib ki, xəstəxanadan 12.000 dollar əməliyyat üçün, 7-8 min dollar isə meyitin ölkəsinə göndərilməsi üçün pul tələb edirlər.
İdmançının dostları səlahiyyəti və imkanı olan şəxslərdən X.Əliyevn nəşinin ölkəyə gətirilməsi üçün kömək istəyir.
Qeyd edək ki, X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu bildirilir. Məlumata görı, uşaqlıqdan atasız qalan idmançı evin tək övladıdır.