“WikiLeaks" rəhbərinin səfirlikdəki həyatının görüntüləri - VİDEO

Baxış sayı:
11734

İspaniyanın “El Pais” qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən “WikiLeaks”in yaradıcısı Culian Assancın videogörüntülərini yayıb.
 
Görüntülər Ekvadorun Londondakı səfirliyində lentə alıb. Julian Assanc burda sığınacaq aldıqdan sonra 7 il yaşamışdı.
 
Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.
 
“O duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanc səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi”, - deyə səfirlikdən bildirilib.

Xatırladaq ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.