​Bəy və gəlinin toy geyimi qonaqları ŞOKA SALDI: Dinozavr qiyafəsində... - VİDEO

Baxış sayı:
265

Ukraynanın Lvov şəhərində kuryoz nikah mərasimi baş tutub. Bəy və gəlin qeydiyyat şöbəsinə tirannozavr kostyumunda gəlib.
Muxalifet.az xəbər verir  ki, “UNİAN”ın məlumatına görə, hadisənin görüntüsü sosial şəbəkənin Ukrayna seqmentində yayılıb.
Cütlük qabaqcadan öz aralarında özünəməxsus, qeyri-standart nikah mərasimi keçirməklə bağlı ortaq məxrəcə gəlib.
Gəlinin sözlərinə görə, onların geyimi mərasim iştirakçılarını çox əyləndirib. Hətta qeydiyyat şöbəsinin əməkdaşları ekstravaqant bəy-gəlinlə şəkil çəkdirmək istəyib.