​TV rəhbəri azadlığa buraxıldı – AZƏRBAYCANDA

Baxış sayı:
5056

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov həbsdən azad edilib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar qəbul edilib.
Qərara görə, Əziz Orucovun vəkillərinin verdiyi kasasiya şikayəti üzrə hökm dəyişdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 192-ci maddəsinə xitam verilib. Məhkəmə bu epizod üzrə təqsirləndirilən şəxsin günahız olması nəticəsinə gəlib. Cinayət Məcəlləsinin 308-ci maddəsi üzrə isı ona şərti cəza verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bakı Apelyasiya Məhkəməsi Əziz Orucovun apelyasiya şikayətini təmin etməyib.
Əziz Orucov Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
Ötən il iyulun 1-də onun barəsində cinayət işi başlanıb. İşi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsi araşdırıb.