​“Türkiyə bir çox məsələlərdə yaxın və önəmli partnyordur” – ALMANLAR TÜRKİYƏ QARŞISINDA GERİ ÇƏKİLİR

Baxış sayı:
6148

Türkiyə bir çox məsələlərdə yaxın və önəmli partnyordur.
Bu sözləri Almaniya hökuməti sözçüsünün köməkçisi Ulrike Demmer deyib.
Türkiyə prezidenti Ərdoğanın Berlin səfəri zamanı Kansler Merkellə görüşüb-görüşməyəcəyinə gəldikdə Demmer xatırladıb ki, kanslerin proqramı görüşlərin baş tutacağı tarixdən bir həftə əvvəl açıqlanır.
Türkiyənin bir çox mövzularda yaxın və önəmli müttəfiq olduğunu deyən Demmer Türkiyə ilə görüşlər keçirməyə isti yanaşdıqlarını ifadə edib.
Almaniya mediasında yer alan xəbərlərə görə, bu ölkənin prezidenti Frank-Valter Steinmeier Türkiyə prezidenti Ərdoğanı Almaniyaya rəsmi səfərə dəvət edib.
İlkin məlumata görə, Ərdoğan sentyabrda Berlinə səfər edəcək.
Qeyd edək ki, son illər Türkiyə-Almaniya münasibətlərində gərginlik yaşanır(teleqraf.com).