Türk ordusundan işğal olunmuş torpaqlarla bağlı SƏRT XƏBƏRDARLIQ

Baxış sayı:
4167

Türkiyə Silahlı Qüvvələrinə qarşı bütün hücumlara ikiqat cavab veriləcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, TSQ-nin İdlibdəki müşahidə məntəqələri xidmətinə davam edəcək.

Bəşər Əsəd rejimi və dəstəkçilərinin İdlibdəki 12 müşahidə məntəqəsindən 3-nü mühasirəyə almasına görə Suriyaya xəbərdarlıq göndərən nazirlik bu məntəqələrdə xidmətin əvvəlki qaydada aparıldığını və çatışmazlıq olmadığını vurğulayıb.

“Prioritetimiz hücumların dayandırılması və atəşkəsin təminatıdır. 3 müşahidə məntəqəsinin rejim tərəfindən işğal edilən torpaqlarda qalmasına rəğmən, Türkiyə Silahlı Qüvvələri İdlibdəki hər cür əmri gerçəkləşdirməyə hazırdır. Müşahidə məntəqələrimiz də ediləcək istənilən hücuma hazır vəziyyətə gətirilib”, - açıqlamada deyilir.