Süni “qəza” olayından pul qazananlar - QADIN ÖZÜNÜ MAŞINA ÇIRPIR, TANIŞI “XİLAS EDİR”, POLİS İŞƏ QARIŞIR VƏ...

Baxış sayı:
2767

Suraxanı  rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi ev 1-də yaşayan Əhməxanov Rafiq Misirxan oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Ramil Usubova müraciət edən şikayətçi yazır:
“Bir neçə gün öncə - aprelin 2-də, saat 15 radələrində mən ailəmlə birilikdə həyat yoldaşım Əhmədxanova Yeganə Tahir qızına məxsus “Shevrolit Lacetti” markalı, 99 LK 603 dövlət nömrə nişanlı avtomobillə ailəvi olaraq Əhməd Rəcəbli küçəsindən Təbriz küçəsinə dönərək 20-25 km/saat sürətlə hərəkət edirdim. A.Nemətilla küçəsini keçib “Metropark”ın qabağına çatdığım zaman yolun sol tərəfində sıx dayanmış avtomobillərin arasından 40-42 yaşlı bir qadın çıxaraq özünü mənim hərəkətdə olan avtomobilimin qabaq sol buferinə vurdu və yerə yıxıldı. Bu zaman qadının mənim avtomobilimə doğru qaçmasını görüb əyləci basıb saxlasam da, nədənsə qadın özünü ehtiyac olmadığı halda yerə yıxdı. Və dərhal onun arxasınca həmin yaşda olan bir kişi gəlib qadını qaldırdı və qarşı tərəfdəki uşaq poliklinikasına apardı. Həmin kişi bizə yersiz sözlər deyərək qışıqırsa da, tez özünü avtomobilin qabağına verərək nömrəni oxudu və qadına yardım edirmiş kimi ilk yardım üçün poliklinikaya apardı. Biz də yoldaşımla “xəstə”nin arxasınca getdik. Qadını müşayət edən kişi bizə polisdə işlədiyini bildirdi və sonra qeyd etdi ki, mən bu qadını tanıyıram, elə bir ciddi xəsarəti yoxdur, siz gedə bilərsiniz. O, məndən telefon nömrəmi aldı.
Bu adamların davranışı bizə çox şübhəli gəldi və 102 xidmətinə zəng edib hadisənin baş verməsini dedik. Tezliklə hadisə yerinə Nərimanov RPİ-nin Nadir Rzazadı adlı polis kapitanı gəldi. O bildirdi ki, Vəsilə Əsgərova da hadisədən dərhal sonra Nərimanov RPİ-nə gələrək sizdən şikayət verib. Biz əvvəl çaş-baş qaldıq ki, axı bu qadına indicə tibbi yardım göstərilirdi, o necə 2 dəqəyə özünü polis İdarəsinə çatdırdı? Polis kapitanı hadisə yerinə baxıb fotoşəkillər çəkdi və məndən izahat aldı. Mən hadisənin baş vermə anını xatırlatdım ki, sanki qadını kimsə qovurmuş kimi o da özünü yolun solundan – piyada xətti olmayan yerdən qaçaraq solda dayanmış avtomobillərin arasından çıxıb, mənim avtomobilimin qarşısına özünü atdı. Bunun  çox şübhəli iş olduğunu bildirdim. N.Rzazadə bildirdi ki, qadın harasa gedib ekspertizadan keçib. Məsələni 1 ay ərzində araşdırıb, sonra işi məhkəməyə yollayarıq. Mən qeyd etdim ki, bəs qadının ekspertizadan keçməsi üçün polis ona hansı poliklinikadan ekspertizadan keçməsi üçün göndəriş verməli deyilmi? Kapitan qeyd etdi ki, o vətəndaşın şəxsi işidir, harda istəsə orda da tibbi ekspertizadan keçə bilər. Polisin bu cavabı bizi qane etmədi.
Hadisədən bir gün sonra 070 747 41 40 mobil nömrədən mənə zəng gəldi. Özünü polis işçisi kimi təqdim edən və “xəsarət” alan qadına yardım edən bu şəxs bizdən bu məsələni həll etməyi bildirdi. Ki, qadın da şikayəti geri götürsün. Mən qeyd etdim ki, sonradan adını öyrəndiyim Vəsilə Əsgərova (mob.055-310 50 51) niyə özü gəlib bizimlə danışmaq istəmir? “Polis işçisi” cavab verdi ki, o, gələ bilmir. Sonra bildirdi ki, mən o qadını elə də tanımıram. Birazdan bildirdi ki, Vəsilə elə-belə tanışımdır.
O, bizdən məsələni həll etməyimizi istəyirdi. Biz etiraz etdik ki, xanım özü gəlməsə biz heçnə deyə bilmərik.
Hörmətli Mehriban xanım! Hörmətli cənab Ramil Usubov! Əvvəlcə bildirmək istəyirəm ki, mən ali təhsilli ziyalıyam. Lakin uzun müddətdir ki, firmalarda sürücü ekspeditor, son zamanlar isə şəxsi avtomobilimlə taksi xidməti göstərirəm. İndiyədək heç vaxt hər hansı qəza törətməmişəm. Avtomobili də peşəkarcasına idarə edirəm. İlk dəfədir ki, belə gözlənilməz hadisə ilə qarşılaşıram. Qadın sanki, kimsə qovurmuş kimi özünü mənim avtomobilimin bilərəkdən qabağına atması yalnız və yalnız əvvəlcədən düşünülmüş və planlaşdırlmış işə oxşayır. Yoxsa bu adamın başına at təpməmişdir ki, duran yerdə özünü avtomobilə çırpsın. Bu heç intihar cəhdinə də oxşamır. Avtomobil elə “Metropark”ın giriş hissəsinin qabağına asta sürətlə çatdıqda qəfil hadisə baş verdi. Yəni hesab edirəm ki, hadisənin baş vermə yeri və məkanı da təsadüfən seçilməyib. Yolun qarşı tərəfində yerləşən poliklinikada bu qadına tibb işçilərinin öz doğmaları kimi qayğı göstərmələri də, V.Əsgərovanın tanışı olan “polis işçisin” bizi “narahat olmayın, gedin” deməsi və sonradan dərhal qadını Polis İdarəsinə çatdırıb şikayət ərizələri yazması, sabahı gün bizə zəng edib hadisə qarşılığında qadın üçün kompensasiya istəməsi, əvvələ qadını tanımadığını, sonra uzaq tanışı olduğunu deməsi, polis kapitanının dediyi kimi ““zərəçəkmiş” gedib istənilən yerdən tibbi ekspert rəyi ala bilər” deməsi bizim bu işin saxta və qurama olduğu anlamına gətirir. Sizlərdən xahiş edirəm ki, Bakı şəhərində fəaliyyət göstərən belə bir dələduz dəstənin fəaliyyətinin araşdırlması, hadisə yerində TŞK kameraları vasitəsilə hadisənin baş vermə anını əks etdirən videogörünütlər əsasında hüquqi qiymət verilməsi üçün lazımi qaydada aidiyyatı orqanlar göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.