SƏUDİYYƏDƏN BÖYÜK HƏMLƏ: NEFTİN QİYMƏTİ 200 DOLLARA ÇATA BİLƏR

Baxış sayı:
5155

Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq ediləcəyi təqdirdə, neftin qiyməti 100 dollara çıxa bilər.
 

Səudiyyə Ərəbistanı ilə bağlı Kaşıkçı böhranı enerji bazarına da təsir edə bilər.
Jurnalist Camal Kaşıkçının oktyabrın 2-də Səudiyyə Əbistanının baş konsulluğunda itkin düşməsinin ardından baş verən 18 günlük böhran enerji bazarı ilə bağlı müzakirələrə səbəb olub. Səudiyyə Ərəbistanına qarşı yarana biləcək bir sanksiya və ya səudiyyəlilərin əks həmləyə keçməsi neft satışına kəskin təsir göstərə bilər. Bundan 45 il əvvəl dünyaya embarqo tətbiq edib neft satışını məhdudlaşdırmış və qiymətləri dördqat bahalaşdırmış Səudiyyə Ərəbistanı eyni riskli oyuna cəsarət edə bilərmi? Bu sual mütəxəssisləri düşündürməyə başlayıb.
 
İran embarqosu ilə üst-üstə düşdü
 
ABŞ-ın İrana qarşı embarqolarının noyabr ayında başlamaq qərarı bu böhranla üst-üstə düşür. İrana qarşı sanksiyalar səbəbindən neft bazarında yaranacaq boşluğu Səudiyyə Ərəbistanının dolduracağı gözlənilirdi. Belə olmayacağı təqdirdə, ilin axırına qədər neftin qiyməti 100 dollara qalxa bilər. Enerjiyə olan ehtiyacın artması bundan əvvəlki böhranda neftin qiymətlərini və inflyasiyanı artırıb dünya iqtisadiyyatının inkişafının ləngiməsinə səbəb olmuşdu. Səudiyyə mediasında ABŞ-ın Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcəyi təqdirdə “öz iqtisadiyyatını” öldürəcəyi təhdidləri və neftin qiymətinin 200 dolları keçəcəyi təhdidləri əks olunub. Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl Falih isə ötən həftə Səudiyyə Ərəbistanını “neft bazarının mərkəzi bankı” adlandırmış və bu bazarın vəziyyətini onların müəyyənləşdirdiklərini vurğulamışdı. Mütəxəssislərin fikrincə, Kaşıkçı böhranının böyüməyəcəyi təqdirdə belə, Səudiyyə Ərəbistanı neft istehsalını artırmalı idi – ölkənin bunu etməməsi qiymətlərin qalxmasına təsir göstərəcək. ABŞ-ın noyabrda qüvvəyə minəcək İrana qarşı embarqo qərarından sonrakı “asta davranış” belə qarşıdakı dövr üçün bir riskdir. Səudiyyə Ərəbistanı gündə 10,5 milyon barrel neft istehsal edir. Netf İxrac Edən Ölkələr Birliyinin (ing. The Organization of the Petroleum Exporting Countries – OPEC) məlumatına görə, İranın xam neft istehsalında gündəlik 1 milyon barrel azalma gözlənilir.
 
100 $ DÜNYADA İNFLYASİYAYA TƏSİR EDƏR
 
Neftin bahalaşması gəlir və istehsal xərclərinə mənfi təsir göstərə bilər. Xüsusilə Avropadakı bir çox ölkənin neft idxalçısı olduğunu düşünən zaman bu ölkələrin iqtisadiyyatlarının kövrəkləşəcəyini söyləmək mümkündür. Dünyanın ən böyük neft idxalatçısı olan Çində də inflyasiya arta bilər. Neft qiymətlərinin artmasından qazanan isə digər OPEC ölkələri olacaqdır. Neft istehsalının ilk sıralarında olan ölkələrin əksəriyyəti inkişafda olan bazarlar kateqoriyasındadır. 2016-cı ilin məlumatına görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatının 21 faizini neft gəlirləri təşkil edir. Ən çox mənfəət qazanan ölkələr isə Nigeriya və Kolumbiya kimi dövlətlər olacaq. Neft gəlirlərinin artması bu ölkələrin büdcə və cari kəsirlərinin ödənilməsini, hökumətlərin xərclərini artırmasını təmin edəcək.
 
Hurriyyet.org