​Su ilə dolu planet aşkarlandı

Baxış sayı:
3802

Beynəlxalq astronom komandası ilk dəfə olaraq “Hubble” teleskopundan istifadə etməklə ekzoplanetin atmosferini ətraflı şəkildə təsvir edib.  Ölçü baxımdan Saturna bənzəyən WASP-39b kimyəvi tərkib baxımından Günəş sisteminin planetlərindən fərqlənir.
Muxalifet.az xəbər verir ki, bu barədə “Phys.org” məlumat yayıb.  
WASP-39b  Yer planetindən 700 işıq ili uzaqlıqdadır. Ekzoplanet günəşəbənzər ulduz ətrafında dövrə vurur və “qaynar saturnlar” – kiçik sıxlıqlı qaz nəhəngləri  qəbilindəndir. Öz ulduzuna nisbi olaraq çox yaxın məsafədə yerləşir. Onun atmosferində bulud olmadığından kosmik rəsədxanaya ekzoplanetin hava təbəqəsində hopma spektrlarını müəyyənləşdirməyə kömək olub.
Tədqiqatçılar planetdə su buxarının izlərini aşkarlayıb; buxar miqdarının Saturndakından 3 dəfə çox olduğu bildirilir. Bundan savayı, ekzoplanetin atmosferində ağır elementlərin əlamətləri görünüb ki, bu da planetin vaxtaşırı olaraq çoxsaylı kometa “hücumlarına” məruz qaldığını deməyə əsas verir. Adı çəkilən kosmik obyekt  Merkuri planeti ilə Günəş arasında olan məsafə ilə müqayisədə, öz ulduzuna səkkiz dəfə yaxındır.