​Sosial şəbəkədə rüsvay edəcəyi ilə HƏDƏLƏDİ, PUL İSTƏDİ

Baxış sayı:
4219

Mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək bu ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.
Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.