“SOCAR işinin öhdəsindən gələ bilmir” - Samir ƏLİYEV

Baxış sayı:
1902

“Paylayıcı şəbəkənin SOCAR-dan alıb müstəqil quruma verilməsi lazımdır”
 
“Qışa xas olan soyuq havanın olmamasına rəğmən ölkənin qaz təminatında problemlər yaranır. Bütün bunlar göstərir ki, əhalinin qaz təminatında təbii inhisara malik SOCAR işinin öhdəsindən gələ bilmir.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev deyib.
 
“Paylayıcı şəbəkənin SOCAR-dan alıb müstəqil quruma verilməsi lazımdır”
 
S.Əliyev vurğulayıb ki, SOCAR heç zaman əhalinin normal və fasiləsiz qazla təmin edə bilməyəcək: “Çünki istehsal edən də özüdür, əhaliyə satan da. Ona görə paylayıcı şəbəkənin SOCAR-dan alıb müstəqil quruma verilməsi lazımdır. Bu qurumun şəffaflıq və hesabatlılıq baxımından özəl və xarici şirkət olması daha faydalı olardı”.
 
Cavid, Muxalifet.az