​Əsnək əsnək gətirir - SƏBƏBİ...

Deyirlər, əsnək əsnək gətirir. Hətta siz bu xəbəri oxuyarkən də əsnəyəcəksiz. Bu, təsadüf deyil. Nottinqham Universitetinin araşdırmaçıları insanların əsnəyərkən niyə biri-birilərinə təpki verdiyini öyrənməyə çalışıb.
Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, universitetin elmi heyəti insan əsnəyərkən niyə digərinin qarşılıq verməsinin səbəbini beyinin motor funksiyası ilə bağlı olmasıyla əlaqələndirib. Birincili motor korteksi Turetta sindromlu xəstəliklərdə də rol oynayır. Dolayısıyla mütəxəssislər keçiçi əsnək anlayışının bu xəstəliklərin də anlaşılmasına yardım edəcəyi qənaətindədir.
Keçici əsnəmək yoluxucu fenomeni bir başqasının sözlərinin və ya hərəkətlərinin avtomatik olaraq təqlid etməsinin çox rast gəlinən bir növüdür.
Ekofenomenə Turetta sindromundan savayı epilepsiya və autizm kimi xəstəliklərdə də rast gəlinir.
Mütəxəssislər bu tibbi olay zamanı nə baş verdiyini anlamaq üçün 36 könüllünün beyin fəaliyyətini izləyib.
Məlum olub ki, bəzi insanlar əsnəmə zamanı öz istəklərinə qarşı dayana bilirlər. Yəni bu, əsnəmək istəyən hər bir insanın motor korteksinin necə çalışmasına və insanı nə dərəcədə xəbərdar edə bilməsinə bağlıdır.
Transcranial maqnit stimullaşdırılması (TMS) sistemi ilə subyektlərin həyəcanlanaraq motor korteksində infeksion fleksiyaya meylı artırıla bilər.
İşçi qrupunun üzvü, professor Corcinya Jekson bildirib ki, bu araşdırma daha geniş şəkildə tətbiq oluna bilər: “Əgər biz “Touretti” sindromlu xəstələrdə həyəcanlanmanı azalda bilsək, əzələ tiklərinin də azalda bilərik”
Eyni araşdırmada iştirak edən professor Stepan Cekson da bildirib ki, beyin korteksində həyəcanlanmadakı dəyişikliyin nevroloji xəstəliklərə necə yol açdığını tam araşdırmağa, bununla da onun  qarşısını almağa çalışdıqlarını deyib.
Professor qeyd edib ki,  onlar dərmansız, hər insana özəl bir müalicə yöntəmi tətbiq etməyə çalışırlar. Alim qeyd edib ki, TMS-dən istifadə etmək  beyin mexanizmindəki balans pozğunluğunu önləyə bilər.
Bu yöndə başqa bir araşdırmya imza atan Nyu York Universitetinin alimi Andrey Gallup isə əsnəməyi araşdırarkən TMS-dən istifadə etməni unikal yanaşma olduğunu bildirib.
O, qeyd edib ki, müasir tibb əsnəmək mövzusunda olduqca az bilgiyə malikdir: “Bir çox alimlər əsnəməklə empati arasında bir əlaqə qurub. Amma bu əlaqəni təsdiqləyən dəlillər tutarsızdır. Bu dəlillər, əslində,  əsnəmənin empati müddəti ilə bağlı olmadığına dair sübut ola bilər.