​“Saakaşviliyə vətəndaşlıq verilməsi…” – Yeni prezidentdən ilginc sözlər

Baxış sayı:
8056

Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili sələfi Mixail Saakaşviliyə vətəndaşlığın verilib-verilməməsi məsələsinə aydınlıq gətirib.
Muxalifet.az teleqraf.com-a istinaden xəbər verir ki, dövlət başçısı bunun şübhəli olduğunu bildirib.
Salome Zurabişvili deyib ki, Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işi açılıb və bu səbəbdən ona vətəndaşlığın verilməsi mümkün olmaya bilər:
“O bu gün polis və hərbi qüvvələri Gürcüstanda sabitliyi pozmağa çağıran bir əcnəbidir. Bu ölkədə sabitliyi pozmağa ehtiyac yoxdur. Seçicilər – gələcəyi Avropada görən insanlar öz səslərini verib hər şeyi müəyyən etdilər”.