Rusiyada dünya çempionunu öldürən azərbaycanlı TƏSLİM OLDU

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov könüllü təslim olub.
 
Muxalifet.az xəbər verir ki, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.