​Quzğun turistlərlə söhbət etdi - VİDEO

İngiltərənin Yorkşire bölgəsində tarixi qalada qəribə görüntü qeydə alınıb. Qalanın başında yaşayan quzğun turistlərlə söhbət edib.
Türkiyə mətbuatı ki, əvvəlcə bundan təəccüblənən turistlər daha sonra quzğunla danışmağa başlyıblar. Heyvan əvvəlcə “hello” (salam) deyə müraciət edib. Bir müddət bu sözü təkrarladıqdan sonra “what the matter?” (problem nədir?) deməyə başlayıb.
Bu sual qarşısında turistlər daha da təəccüblənib. Bundan sonra quzğun “what are you looking for?” (nə axtarırsınız?) deyə soruşub. Bu sual qarşısında turistlər deməyə söz tapmayıb.
Turistlərlə söhbət edən qarğanın görüntüləri izləyicilər tərəfindən dəfələrlə paylaşılıb.