​Qrenlandiyada buzlar əridi! Gizli silahlar aşkara çıxdı

Baxış sayı:
1561

Buzlaqların qlobal miqyasda əriməsi prosesinin gedişində Qrenlandiyada ABŞ-ın soyuq müharibə dövründə 200 nəfərlik briqada tərəfindən nüvə qüvvəsi ilə inşa edilən gizli bazası kimi qorxunc təhlükə də tamamilə aşkara çıxacaq.
Belə ki, mütəxəssislər illərlə əvvəl gizlədilən tonlarla konserogen maddənin dənizə atıla biləcəyini deyib. Region üzərində araşdırma aparan mütəxssislər qlobal istiləşmə ilə bağlı gizli nüvə təbəqəsində də çöküntü baş verəcəyini bildirib.
Soyuq müharibə dövründə 200 nəfərlik bir qrup tərəfindən nüvə gücü ilə inşa edilən şəhər Amerika tərəfindən “Project Iceworm-Buzsolucanı Projesi” kimi adlandırılıb. Şəhərin altında 4 000 km uzunluğundakı tuneldə SSRİ-yə qarşı istifadə etmək üçün 600 ədəd ballistik raket yerləşdirilib. Soyuq müharibə dövründə hökumətlərin gizli işlərinin ən böyük dəlillərini gizlədən şəhər buzlaqların altında sirliliyini qoruyur.
Tədqiqatçılar 1967-ci ildə, şəhər tərk edildikdən sonra gizli bir tuneldən məsələ ilə bağlı sənədləri əldə edərək, “Iceworm” layihəsindən xəbərdar olub(hurriyyet.org).