​Qeyri-adi azərbaycanlı: Ürəyi sağda, qaraciyəri isə soldadır – VİDEO

Ürəyi sağda, qaraciyəri isə soldadır. Onun digər orqanları da öz yerində deyil.
Muxalifet.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu qeyri-adi insan Sumqayıt şəhərində yaşayır.
51 yaşlı Hafiz İmamnəzərli daxili orqanların yerləşməsinə görə ölkədə yeganə insandır. Bu şəxs, 10-cu sinifdə oxuyarkən özündə qeyri-adiliyi öyrənib. İllər sonra isə müraciət etdiyi həkimlər ona daxili orqanlarının yerinin dəyişik olduğunu deyib.
Hafis İmamnəzərli bu yaşına qədər bədənində orqanların yerdəyişikliliyi ilə bağlı heç bir problem yaşamayıb.
Onun sözlərinə görə, qeyri -adiliyini bilən dostları və yaxınları da bu halı təəccüb içində qarşılayıblar. Həkim məsləhəti əsasında ona orqanlarının yerinin bilinməsi üçün orqanizminin tibbi xəritəsi də verilib.