“Qəbələ” “Zirə” oyununda insident - POLİSLƏR MEYDANA DAXİL OLDU - FOTO

Topaz Premyer Liqanın 4-cü turunda keçirilən “Qəbələ” “Zirə” oyunundan sonra insident yaşanıb.
 
“Qafqazinfo” xəbər verir ki, oyunun son dəqiqələrində baş hakim Ömər Paşayev Zirənin qapısına penalti təyin edib. Qonaq komandanın baş məşqçisi Ayxan Abbasov isə hakimə etirazını bildirib. Dördüncü hakim onu çətinliklə sakitləşdirsə də, matç bitdikdən sonra Ayxan meydana daxil olub və  baş hakim Ömər Paşayevə etiraz edib.
Nəticədə polislər də meydana daxil olub. Bundan sonra polislərlə Ayxanla və onun köməkçiləri arasında kiçik mübahisə yaşanıb. Daha sonra "Zirə"nin baş məşqçisi meydançanı tərk edib.
Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə başa çatıb.