​“Qatilin İlkin olduğunu deyə bilmərik, o, elə adam deyil” – NƏRMİNİN ƏMİSİ

Baxış sayı:
4189

“Bəli, İlkin bizim yaxınlığımızda qalır. Nərminin cəsədini ilk söndürən də o olub”.
Bunu Tovuz rayonu Dondar Quşçu kəndində amansızcasına yandırılaraq öldürülən Nərminin əmisi Lətif Quliyev News24.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda İlkindən izahat alınır: “Qatil olduğunu biz deyə bilmərik. Hazırda ondan izahat alırlar”.
L.Quliyev onu da əlavə edib ki, İlkinin bu ailə ilə hər hansı qohumluq əlaqəsi yoxdur: “Ailəmizi tanıyır, yanımzıda olublar. Qardaşımın sinif yoldaşı olub. Bəli, bizdən 300-400 metr aralıda yaşayır. Ailəmizlə də  heç bir ədavəti olmayıb”.
Nərminin əmisi qeyd edib ki, Nərminin cəsədini ilk söndürən adam İlkin olub: “Amma onun Nərmini öldürəcəyini zənn etmirəm. O, elə adam deyil. Ondan şübhələnmirəm”.
Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində atasının gödəkçəsini gətirmək üçün həmin kənddə yaşayan əmisinin evinə gedib və əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.
Yanvarın 6-da Nərminin yandırılmış meyiti evlərinə yaxın ərazidə tapılıb. Baş Prokurorluq Nərminin meyitini bir kənd sakininin aşkar etdiyini açıqlayıb.