Qalmaqallı "Çudo Peçka" işi təxirə düşdü - bankın nümayəndəsi QƏZAYA DÜŞDÜ

Baxış sayı:
3949

"Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə şahid qismində Faiq Qəhrəmanov ifadə verib.
O bildirib ki, Çingiz Cəlilovu tanıyıb və onun adına kredit götürülüb. Daha sonra isə həmin kredit ödənilib.
Məhkəmədə məlum olub ki, "Bank Standart"ın nümayəndəsi qismində iştirak edən vəkil Azər Tanrıverdi prosesdə iştirak etmir. Nümayəndənin avtomobil qəzasına düşdüyü elan edilib. Onun səhhətində ciddi problem olmayıb. Amma məhkəmədə iştirak edə bilməyib.
Xatırladaq ki, Baş Prokurorluq iş adamının həbsi ilə bağlı rəsmi açıqlama yayıb.
Məlumatda bildirilir ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb./Musavat/