Putin Ərdoğanı dondurmaya qonaq etdi

Baxış sayı:
11083

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar. Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib. V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib. Dondurmaların ümumi məbləği 210 rubl edib. Putin, cibindən bir dəstə əskinas çıxarıb, onların içərisindən üzərində Krımın simvolu olan beş minlik rublu satıcıya uzadıb. "Pulun qalığını nazirə verərsən", - deyə Putin Sənaye və Ticarət naziri Denis Manturova tərəf işarə edib: "Bu, aviasiyanı inkişaf etdirmək üçündür". Nazir isə öz növbəsində "Səxavətinizə görə təşəkkür edirəm", - deyib. R.T.Ərdoğan elə oradaca dondurmanı açıb və dərhal dadına baxıb. V.Putin isə şokoladlı dondurmadan daddıqdan sonra ətrafdakı hər kəsi qonaq etmək qərarına gəlib: "Bizə daha bir neçə dondurma verin. Hamını qonaq edəcəyik". Hər iki nümayəndə heyətinin üzvləri tələsik çeşid seçiblər.