Prezident öz sahəsindən kartof yığdı - FOTOLAR

Baxış sayı:
5809

Belarus prezidenti Aleksandr Lukaşenko şəxsi torpaq sahəsində kartof yığıb.
Muxalifet.az xəbər verir ki, 1,5 hektarlıq sahədən 60 ton kartof yığılıb. Burada "Uladar", "Kraliça Anna" və "Satina" sortları yetişdirilir.
"Uladar" yerli sortdur, digər sortlar isə Almaniyadan gətirilib.
Daha sonra Lukaşenko və köməkçiləri prezidentin bağında yetişdirilmiş kartofun dadına baxıblar.
Prezidentin bağından məhsul yığımı artıq ənənə halını alıb. Yığılan məhsullar sığınacaq və qocalar evlərinə verilir.