​Polis "narko-göyərçini" güllələdi – HƏBSXANAYA NARKOTİKA DAŞIYIRMIŞ

Bu narkotik daşıyan göyərçin may ayında Küveyt-İraq sərhədində polis tərəfindən tutulub
 
Argentina polisi həbsxanaya narkotik daşıyan poçt göyərçinini güllələyərək öldürüb, həbsxana
rəsmiləri deyib.
Muxalifet.az BBC-yə istinadən xəbər verir ki, göyərçin Santa Rosa şəhərində yerləşən həbsxanaya uçarkən müşahidə edilib.
Məlumata görə, polis zabitləri göyərçinin belində daşıdığı kiçik çantanın içində uyuşdurucu həblər, marixuana və bir USB kartı aşkar ediblər.
Bu qaçaqmalçılıq üsulu bundan əvvəl aşkar edilib və araşdırılıb, Clarin qəzeti yazır.
Ölü göyərçinin şəklini dərc edən qəzetdə, onun belində daşıdığı kiçik çantanın içində 44 Rivotril uyuşdurucu dərman həbləri, 7,5 qram marixuana və bir USB fləş kartı olduğu deyilir.
Argentina penitensiar xidməti 2013-cü ildə qaçaqmalçıların göyərçinlərdən istifadə etdiyi barədə xəbərdarlıq verib.
2013-cü ildə həyata keçirilən polis əməliyyatı nəticəsində üç nəfər saxlanılıb və 15 göyərçin ələ keçirilib, Clarin deyib.
Bu ilin əvvəli, belində kiçik çantada 178 ketamin həbi daşıyan poçt göyərçini, Küveytdə, İraqla sərhədin yaxınlığında saxlanılmışdı.
 
Muxalifet.az