​Pike və Şakiranı qarət edən məşhur oğru yaxalandı

Baxış sayı:
457

Barselonada gürcü qanuni oğru, “Qoqita” ləqəbli Qoça Maisuradze polis tərəfindən yaxalanıb.
İspaniya polisi Maisuradzeni Barselonadakı bahalı evləri qarətdə ittiham edib. Polis onun rəhbərlik etdiyi kriminal qrupun qarət etdiyi evlər arasında “Barselona”nın müdafiəçisi Pike ilə müğənni Şakiranın da evinin olduğunu açıqlayıb.
Qeyd edək ki, Qoqita İspaniyadakı gürcü mafiyasının ən məşhur üzvlərindəndir. Onun rəhbərlik etdiyi qrup İspaniyadakı qarətlərin böyük hissəsini həyata keçirir.