Paşinyan mikrofonu əlinə aldı, "tok" vurdu... - VİDEO

Baxış sayı:
5497

Ermənistan baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyan kuryoz vəziyyətlə üzləşib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, parlament seçkilərində iştirak edəcək "Mənim addımım" blokunun liderini Sünik vilayətinin Kacaran şəhərində təşviqat kampaniyası zamanı cərəyan vurub.

Videogörüntülərdə onun necə birdən-birə atlandığını və mikrafonu bir əlindən digərinə atdığını aydın görmək olar.

Bir müddətdən sonra Paşinyanı yenidən cərəyan vurub, lakin bu dəfə onun köməyinə mühafizəçiləri gəlib və mikrafonu ştativə bərkidiblər.