“Neft müstəqilliyimizin təminatı deyil” - Məhəmməd TALIBLI

Baxış sayı:
1784

“1918-ci ildə ADR-in dövlət büdcə gəlirlərinin 62 faizini neft sektoru təşkil edirdi” “2018-ci ili Cumhuriyyət ili kimi qəbul edən Azərbaycan dövləti gərək, ADR-in100 il bundan öncəki iqtisadiyyatının strukturuna da diqqət yetirsin. Hələ yenicə müstəqilliyini qazanmış 1918-ci ildə ADR-in dövlət büdcə gəlirlərinin 62 faizini neft sektoru təşkil edirdi”. Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı bildirib. “2018-ci ildə Azərbaycanın dövlət büdcə gəlirlərinin 55 faizi neft sektorundan formalaşacaq” M.Talıblı xatırladıb ki, 4 il bundan öncə büdcə gəlirlərimizin 73 faizi neft sektorundan formalaşırdı: “Metodoloji qeyri-müəyyənlikdən və 27 illik müstəqilliyimizdən sonra belə 2018-ci ildə Azərbaycanın dövlət büdcə gəlirlərinin 55 faizi neft sektorundan formalaşacaq”. “Bir əsrlik müstəqillik yaşı olan bir dövlət üçün bu nisbət mütləq dəyişməlidir” M.Talıblı hesab edir ki, bir əsrlik müstəqillik yaşı olan bir dövlət üçün bu nisbət mütləq dəyişməlidir: “Çünki neft müstəqilliyin təminatı deyil. Amma neftin bizə məxsus olmasının təminatı müstəqilliyimizdir. Bunu unutmayaq”. Cavid, Muxalifet.az