NAZİRDƏN ŞOK İDDİA: "Rusiya regionda gərginliyi artırmaq istəyir" - VİDEO

Baxış sayı:
5240

Rusiya Azov dənizində hərbi gəmiləri saxlayaraq Ukraynaya böyük zərər verir, biznesi qorxudur və regionda gərginliyi gücləndirməyə çalışır.

Bu haqda “Obozrevatel” nəşrinə müsahibəsində Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib.

Onun sözlərinə görə, beynəlxalq məhkəmələrdə Rusiyanın verdiyi zərərlərin kompensasiyası üçün bütün hadisələr sənədlərlə əsaslandırılır.

“Azov dənizi üzrə dəqiq dövlət strategiyası olmalıdır. Rusiyalılar Berdyansk və Mariupolun limanlarına gedən bütün gəmiləri xüsusi olaraq dayandırırlar. Bu, gəmi sahiblərinin qorxudulması taktikasıdır ki, onlar Ukraynanın limanlarına getməsinlər. Bu, böyük zərərdir. Rusiya bunu biznesi qorxutmaq üçün edir ki, insanlar öz iş yerlərini itirsinlər və bütün bunlar regionda gərginliyin artmasına gətirib çıxarsın”, - Omelyan qeyd edib.

Nazir həm Ukrayna, həm də Kiyevin qərb partnyorları tərəfindən sanksiyaların tətbiqi məqsədi ilə Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının iclasını keçirməyə çağırıb.