Nazir arvadı 3 milyona avtomobil aldı - FOTO

Ukraynanın İnfrastruktur naziri Vladimir Omelyanın həyat yoldaşı Svetlana Bevza 3 milyon avro dəyərində “Mersedes” markalı “Maybach 6 Cabriolet” avtomobilinin sahibi olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Lekspress” informasiya yayıb.
Jurnalistlər arasında “milyonçuların sevimli oyuncağı” olaraq adlandırılan “Maybach 6” avtomobili cəmi 134 ədəd istehsal olunub. Araşdırma nəticəsində bahalı avtomobilin gələcək sahiblərinin adları və hansı ünvana çatdırılması barədə də informasiya əldə edilib. Siyahıda adı olan erməni nazir Vladimir Omelyanın həyat yoldaşı Svetlana Bevzanın avtomobili İstanbula göndəriləcək.
Qeyd edək ki, “Mersedes Maybach 6” avtomobili Frankfurt avtosalonunda təqdim edilmiş və mütəxəssislər tərəfindən onilliyin ən dəbdəbəli avtomobili olaraq göstərilmişdir.