​Ən ucuz ipoteka kreditinin olduğu ölkələr açıqlandı – İLLİK 1,2 FAİZ

Baxış sayı:
3578

Ekspertlər daha sərfəli qiymətə ipoteka krediti götürməyin mümkün olduğu 10 ölkənin reytinqini tərtib ediblər.
“Report” xəbər verir ki, Yaponiyada ipoteka üzrə faiz dərəcələri illik 1,2 faiz olmaqla ən aşağı hesab edilib.
Evin özü orada baha olduğundan, əksər yaponlar onu kreditlə alırlar. Tokioda mənzilin bir kvadrat metri orta hesabla təqribən 7-8 min dollardır.
Siyahıda ikinci yeri faiz dərəcəsinin 1,42 olduğu İsveçrə qərarlaşıb. Qeyd edək ki, bu ölkədə gələcək ipotekaçılar üçün şərtlər olduqca güzəştlidir.
Reytinqdə üçüncü yeri Finlandiya (1,53%), dördüncü yeri İsveç isə (1,87%) tutub. Liderlər "beşliyi"ni 1,92 faiz dərəcəsi ilə Sloveniya qapayır.