Ən qəddar narkobaronun xanımı: "Ərim sakit, normal adamdır" - VİDEO/FOTO

Baxış sayı:
5854

Dünyanın ən təhlükəli və qəddar narkobaronlarından biri, Meksikanın Sinaola ştatındakı "Sinaloa" narkokartelinin lideri, 61 yaşlı Xoakin Arçivaldo Qusman Loeranın xanımın Emma Koronel Ayspuronun dediyinə görə, media onun ərini çox yanlış təqdim edir.

Muxalifet.az milli.az-a istinadən bildirir ki, ABŞ-ın Telemundo telekanalındakı Noticias Telemundo proqramına qatılaraq müsahibə verən 29 yaşlı sabiq modelin dediyinə görə, "El Çapo" ("Tösmərək") ləqəbi ilə məşhurlaşmış əri barədə deyilənlər yalandır.

"Media ərimi olduğu kimi təqdim etmək istəmir. Halbuki ərim sakit, normal, ən adi insandır. Əslində, ərimin də medianın ona diqqətindən bir qədər xoşu gəlir", - Ayspuro deyib.

Emma Koronel Ayspuro Meksikada məşhur modeldir. O, sosial şəbəkələrdəki profillərində qlamur və yarıçılpaq fotolarını paylaşmağı sevir.

Ən qəddar narkobaronun xanımı: Ərim sakit, normal adamdır - VİDEO - FOTOƏn qəddar narkobaronun xanımı: Ərim sakit, normal adamdır - VİDEO - FOTOƏn qəddar narkobaronun xanımı: Ərim sakit, normal adamdır - VİDEO - FOTOƏn qəddar narkobaronun xanımı: Ərim sakit, normal adamdır - VİDEO - FOTO