​Müxalifətçi həkim azadlıqdan məhrum edildi – ŞİRVANDA

Ötən gün Şirvan şəhərində inzibati xəta törətməkdə təqsirli bilinən Hacıqabul rayon Mərkəzi Xəstəxanasının həkimi Taleh Nəsibov həbs olunub.
Virtualaz.org saytının Şirvan bürosuna Şirvan şəhər polis idarəsindən verilən məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilərək ictimai yerdə xırda xuliqanlıq törətdiyi üçün Şirvan şəhər məhkəməsinin qərarı ilə barəsində 5 sutka müddətinə inzibati həbs tətbiq olunub.
Xatırladaq ki, həkim Taleh Nəsibovun ötən gün Şirvan şəhər Olimpiya kompleksində hovuzun suyu soyuq olduğu üçün işçilərlə yaranmış mübahisəyə görə Şirvan şəhər polis idarəsinə gətirilməsini yaxınları onun müxalif baxışlı olması ilə izah edirlər.