Müxalifət partiyası hakimiyyəti zorakılığa son qoymağa çağırdı – “SOCAR mühafizəçiləri ilə Qarabağ qaziləri arasında yaşanan insident...”

Baxış sayı:
13463

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə BMT Baş Assambleyasının 74-cü sessiyasında dövlət başçısı İ.Əliyevin iştirak etməməsi ilə bağlı məsələyə münasibət bildirib və hakimiyyəti dövlət başçısının belə bir mötəbər tədbirdə iştirak etməməsi məsələsinə aydınlıq gətirməyə çağırıb. Eyni zamanda sessiyada iştirak edən Ermənistanın baş naziri N.Paşinyanın bir daha Dağlıq Qarabağın Ermənistan torpağı olması ilə bağlı səsləndirdiyi bəyanata Azərbaycan XİN-nin adekvat reaksiya verməməsini qətiyyələ pisləyib və Azərbaycanın milli mənafeyini beynəlxalq kürsülərdə müdafiə etməyən, peşəkarlıqdan, diplomatik qabiliyyətdən uzaq olan bir nazirin tutduğu vəzifədə qalmasını məqbul hesab etməyib və onu istefaya səsləyib. Həmçinin Türkiyə prezidenti T.Ərdoğanın yaxın və orta şərqdə, regionda, o cümlədən Cənubi Qafqazda baş verəən qanlı münaqişələrə BMT-nin bir qurum olarq susqun qalmasını, Dağlıq Qarabağın hələ də erməni işğalında qalmasına göz yummasını yüksək tribunadan dilə gətirməsini təqdir edib və ona təşəkkürünü bildirib. İdarə Heyəti məlum Gəncə olayları ilə bağlı məhkəmə işinin yekunlaşması, həbs edilən şəxslərə həbsxanalarda işgəncələr verilməsi, bir çox insanlara ağır cəzalar verilməsi məsələsinə münasibət bildirib və hakimiyyəti Gəncə olayları zamanı baş verən qanunsuzluqları törədən, aşıırı zorakılıq göstərən, məhbuslara işgəncə verən şəxslər barədə tədbirlər görməyə və bu məsələ ətrafinda şəffaflığı təmin etməyə çağırıb. İdarə Heyəti vicdan məhbusu T.Bağırzadənin həyat yoldaşı barəsində cinayət işinin açılmasını bir ailəyə qarşı repressiv addım kimi dəyərləndirib və hakimiyyət orqanlarını siyasi motivlərlə həbsdə olanların ailə üzvlərinə qarşı aqressiv münasibət sərgiləməkdən çəkinməyə çağırıb. İdarə Heyəti hökumətin pensiyaların minimum həddinin 200 manata qaldırılması ilə bağlı qərarını təqdir edib, lakin bu artımın infilyasıyanın hökm sürdüyü, qiymətlərin qalxdığı, işsizlik və sosial problemlərin davam etdiyi bir şəraitdə yetərli olmadığını qeyd edib və bu məbləğin ən azı 300 manat həddinə qaldırılması təşəbbüsü ilə çıxış edib. İdarə Heyəti Dövlət Statistika Komitəsinin ölkədə əhalinin təbii artımının aşağı düşməsi ilə bağlı hesabatına münasibət bildirib və bu faktın arxasında çoxuşaqlı ailələrə dövlət qayğısının azalması, ailə təminatının yetərli olmaması, əhalinin say artımı məsələsinə həssas münasibətin itməsi kimi sosial-iqtisadi səbəblərin durduğunu diqqətə çatdırıb və hakimiyyəti dövlətin özəyi olan ailələrə dayaq olmağa, 18 yaşına çatana qədər hər bir uşağa uşaqpulu verilməsini təmin etməyə çağırııb. Qeyd edilib ki, ailə təminatının pozulması, uşaqların hər cür dövlət qayğısından kənarda qalması, hakimiyyətin qoşulduğu beynəlxalq konvensiyalarla ziddiyyət təşkil edir və hər bir ailə bu hüquqların pozulmasına görə beynəlxalq məhkəmələrə müraciət hüququnu özündə saxlayır. İdarə Heyəti Rusiya prezidenti V.Putinin rus qızları ilə nigaha girən istənilən xarici vətəndaşa 1 il müddətində vətəndaşlıq hüququnun verilməsi barədə sərəncamına münasibət bildirib və adı çəkilən ölkədə 100 minlərlə yaşayan vətəndaşlarımız üçün şirnikləndirici görünən bu addımın ağır nəticələrinin olacağından əndişə duyduğunu ifadə edib. Partiya yetkililəri Rusiyanın əsrlər öncə başlatdığı bu ekspansionist siyasətin davamı olan bu addımın zərərsizləşdirilməsi üçün hakimiyyəti həmin ölkə vətəndaşlığını alan şəxslərin Azərbaycan vətəndaşlığından məhrum edilməsi barədə qərarlar qəbul etməyə çağırıb. İdarə Heyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə Bakı icra hakimiyyətinin Lökbatan qəsəbəsində yer verməsi barədə razılığını əslində dolayısı yolla bu mitinqin baş tutmaması üçün göstərilən cəhd kimi dəyərləndirib. Qeyd olunub ki, aksiyaların keçirilmə yerini hər bir təşkilat özü müəyyənləşdirir və bu hal yalnız mitinq və piketlərin konstitusiya ilə məhdudlaşdırıdığı yerlərdən başqa hər bir yerdə keçirilə bilər. Partiya yetkililəri hakimiyyəti insanların konstitusiya ilə təsbit olunmuş kütləvi tədbirlərin keçirilməsi barədə hüquqlarını pozmamağa, demokratik cəmiyyətin əsas prinsiplərindən olan özünü ifadə, sərbəst toplaşmaq hüquqqlarına hörmətlə yanaşmağa çağırıb. İdarə Heyəti millət vəkili R.Cəbrayılovun öz vəsiqəsini girov qoyaraq külli miqdarda vəsait əldə etməsi, bu vəsaiti özünün biznes fəaliyyətinə yönəltməsi faktının ortaya çıxmasını təpki ilə qarşılayıb və deputatlıq fəaliyyəti ilə bir araya sığmayan bu addımların arxasında seçki saxtakarlığının, qeyri-qanuni yollarla parlamentə ayaq açmanın durduğunu bildirib və faktın doğruluğu təsdiq ediləcəyi halda həmin şəxs haqda ciddi tədbirlər görülməsinin vacibliyi diqqətə çatdırılıb. İdarə Heyəti Biləcəri qəsəbəsində SOCAR, onun mühafizəçiləri və polis əməkdaşları ilə Qarabağ qaziləri arasında yaşanan insidenti qətiyyətlə pisləyib, hakimiyyəti bu zorakılıqlara son qoymağa Qarabağ qazilərinin sosial həyatını yaxşılaşdırılması üçün xüsusi proqramlar hazırlamağa çağırıb. Muxalifet.az