Məşhur “Kempinski” oteldə biabırçılıq – TUALET ŞOTKASI İLƏ STƏKAN, ƏL-ÜZ DƏSMALI İLƏ UNİTAZ SİLİNİR... - VİDEO

Baxış sayı:
2931

Çindəki məşhur “Kempinski” oteldə baş verən biabırçı hadisə böyük rezonansa səbəb olub. Muxalifet.az xəbər verir ki, “Kempinski” şəbəkəsinə aid olan otellərdən birində çəkilən görüntülər təkcə bu ölkədə deyil, bütün dünyada bahalı, çoxulduzlu otellərə belə, inamı sarsıdıb. Çünki “Kempinski” oteldə baş verən indi bəhs edəcəyimiz hadisənin digər nüfuzlu otellər şəbəkəsində də yaşandığı üzə çıxıb...
Söhbət ondan gedir ki, təcrübə keçmək adı ilə “Kempinski” otelə daxil olan jurnalistlər burada çalışdıqları müddətdə bir sıra şok faktları üzə çıxarıblar. Məsələn, gizli aparılan çəkiliş nəticəsində bəlli olub ki, xadimə unitazı təmizləmək üçün istifadə olunan şotka ilə istəkanı da “təmizləyir”. Bundan əlavə, hamam və əl-üz dəsmalı ilə yeri və unitazın ətrafını silərək, sonra heç nə olmamış kimi öz yerindən asır.
Təbii ki, bütün bunlardan xəbərsiz olan növbəti müştəri də tualet şotkası ilə “təmizlənən” istəkənda su içir, yeri və unitazı silmək üçün istifadə olunan dəsmalla da əl-üzünü silmək məcburiyyətində qalır.
Daha ətraflı aşağıdakı rus dilində təqdim olunan videoda tanış ola bilərsiniz:

Muxalifet.az