​Meşədə "uçaq boşqab" – ŞOK GÖRÜNTÜLƏR

Gəzintiyə çıxan Portuqaliya sakini səmada uşan naməlum obyekt görüb.
Muxalifet.az xəbər verir ki, gümüşü metaldan hazırlanan nəhəng hava gəmisi meşənin üzərində görünərək, gözdən itib.
Lakin xoşbəxtlikdən portuqaliyalı özü ilə fotoaparatını götürübmüş. O, "uçan boşqab"ı lentə ala bilib. Daha sonra isə həmin görüntüləri məşhur "Mutual UFO Netvork"un əməkdaşlarına göndərib.
Portuqaliyalı gördükləri haqda bunları deyib: "Mən dağlara qalxıb gördüklərimi fotoaparatla çəkirdim. Birdən səmada vertolyot boyda uçan bir obyekt gördüm. O, səssiz və çox sürətlə uçurdu. Mən ancaq iki şəkil çəkə bildim. Obyekt hardasa saatda 300 km/saat sürətlə hərəkət edirdi. Mən onun fotosunu çəkəndə obyekt təxminən 3 km aralıda idi".
Təhqiqatçılar hesab edir ki, portuqaliyalının gördüyü uçan obyekt yadplanetlilərə məxsusdur.
Yeri gəlmişkən, Roman Vasiliev adlı ufoloq UNO həvəskarları üçün maraqlı video-çarx hazırlayıb. Bu videodakı görüntülərin hamısını birmənalı qiymətləndirmək mümkün deyil. Amma görüntülər çox maraqlıdır.
Həmin görüntüləri təqdim edirik: