Lukaşenko “insult”dan sonra ilk dəfə üzə çıxdı
31-07-2018 17:37
Baxış sayı:
6457
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minsk regional icra komitəsinin sədri ilə görüşüb.
“BelTA” agentliyinin yaydığı məlumata görə, dövlət başçısı regionda biçin kampaniyası, ət-süd kompleksinin inkişafı və yol tikintisi ilə bağlı hesabatı dinləyib.
Bu, son bir neçə gündə Lukaşenkonun keçirdiyi ilk görüş olub. İyulun 30-da “Nezıqar” “Telegram” kanalı və Ukraynanın “İşgüzar paytaxt” nəşri belarus liderin insult keçirdiyini yazmışdı.
Amma Belarus prezidentinin mətbuat xidməti bu informasiyanı təsdiq etməmişdi.